Qaradağda ata və oğlunu avtomobil vurub


Sosial 04 May 2018 05:49:22 225 0

Qaradağda ata və oğlunu avtomobil vurub

Hadisə Müşviqabad qəsəbəsində baş verib

Bakının Qaradağ rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1958-ci il təvəllüdlü İsgəndərov Ziyad Qərib oğlu və 2015-ci il təvəllüdlü oğlu Nihat İsgəndərov Müşviqabad qəsəbəsində yolu keçmək istəyən zaman onları minik avtomobili vurub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır.