Goranboyda avtomobil qəzasında ölənlərin və yaralananların adları məlum olub - YENİLƏNİB


Sosial 02 May 2018 23:18:00 389 0

Goranboyda avtomobil qəzasında ölənlərin və yaralananların adları məlum olub - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Goranboyda baş vermiş ağır avtomobil qəzası nəticəsində yaralananların və ölənlərin hamısının adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar Ağdam rayon Paşabəy kənd sakinləri: - 2006-cı il təvəllüdlü Quliyeva Xədicə Amil qızı, 2016-cı il təvəllüdlü Əhmədov Füzuli İlham oğlu və Xanqərvənd kənd sakinləri: - 1977-ci il təvəllüdlü Feyzulayeva Hüsniyə Sədrəddin qızı, 2001-ci il təvəllüdlü Süleymanova Qəribə Əli qızıdır.

Qəza nəticəsində ölənlər isə "Toyota" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və "VAZ-21021" markalı avtomobilin sürücüsü Goranboy rayon Xanqərvənd kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Əli Süleyman oğludur.

Hadisə ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***18:56

Goranboy rayonunda ağıryol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21021" və"Toyota Prado" markalı minik avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ölənlərin "VAZ-21021" markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini, 1972-ci il təvəllüdlü Əli Süleyman oğlu Süleymanov və "Toyota Prado" markalı avtomobilin sərnişini, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Cəmilə Sovet qızı Quliyeva olduğu bildirilir.

Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.