“Qış nağılı” festivalında “BakıNeapol: musiqi körpüsü” kamera axşamı keçirilib
Kriminal 08 Fev 2026 15:48:00 239 0
Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalı da bu mənada istisna deyil.
Son.az xəbər verir ki, festival çərçivəsində fevralın 7-də Qəbələdə Azərbaycan ilə İtaliya arasında dostluğu təcəssüm etdirən "Bakı-Neapol: musiqi körpüsü" kamera musiqisi axşamı keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, proqrama Azərbaycan və italyan bəstəkarlarının romans janrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıb və bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib.
Konsertdə V.Bellininin "Melanxoliya" romansı, Səid Rüstəmovun "İntizar", "Hardasan", Sevda İbrahimovanın "Oyan, Bülbül", Tofiq Quliyevin "Bakılıyam mən", "Lirik mahnı", "Bəxtəvər oldum", "Qızıl üzük", Vasif Adıgözəlovun "Qərənfil", "Bakı haqqında mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan", həmçinin R.Falvonun "Dicitencello vuje", S.Kardillonun "Heapolitan mahnısı "Katari", F.Tostinin iki romansı, C.Biksionun "Parlami D amore Mariu" əsərləri səsləndirilib.
Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano) və Əməkdar artist Emil Əfrasiyabın (piano), həmçinin solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) və Aysun Mahmudzadənin (soprano) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün solistlər Tofiq Quliyevin "Dostluq mahnısı"nı ifa ediblər.
Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti olacaq. "Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi" adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevral
"Deyirəm ki, dostcasına ayrılaq"
Kubada uzun müddətdir davam edən yanacaq çatışmazlığı səbəbindən bir
Əməkdar artist Lalə Məmmədova sosial şəbəkə hesabında qızı Nərgizin
"1 çanta pulla çıxıram"
İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-i Vaşinqtonda ABŞ Pre
Rejimi süquta yaxınlaşdıqca Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd
Opera ifaçısı Ülvi Qılıncın sərt və açıq açıqlamaları sosial şəb
Zərdab Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi və direktoru Rusl
Bakıda "İdrak" liseyində müəllimini güllələyən şagirdə məx
Əfqanıstanda ölkəyə investisiya qoyuluşu müqabilində 10 ilə qədər ya�
Müğənni Arzuxanım ilk dəfə olaraq övladını televiziya efirində göstə
Rəqqasə Fatimə Fətəliyeva cərrah bıçağı altına yatacaq.
