Müəllimi güllələyən şagird onu “kumir” seçib?
Digərləri 08 Fev 2026 13:54:00 94 0
Bakıda "İdrak" liseyində müəllimini güllələyən şagirdə məxsus olduğu iddia edilən "TikTok" paylaşımları sosial şəbəkələrdə yayılıb.
Bu xəbəri də oxu: Həmin müəllimlə bağlı tədbir görüldü VİDEO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən "TikTok" hesabındakı "repost"ların böyük əksəriyyəti 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edən Vladislav Roslyakovla bağlıdır.
Qeyd edək ki, hücumda azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb. Belə ki, kollecin 18 yaşlı tələbəsi əvvəlcə həmyaşıdlarına atəş açıb, sonra isə özünü öldürüb.
Bu, bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkə paylaşımları valideynlərin daimi nəzarətində olmalı, onlar övladlarının maraq dairələrini diqqətlə izləməlidirlər.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya sinif otağında atəş açaraq onu yaralayıb. Şagird artıq həbs edilib.
Əlavə edək ki, şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət, silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Məktəb rəhbərliyi müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.
Şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb.
Əfqanıstanda ölkəyə investisiya qoyuluşu müqabilində 10 ilə qədər ya�
Müğənni Arzuxanım ilk dəfə olaraq övladını televiziya efirində göstə
Rəqqasə Fatimə Fətəliyeva cərrah bıçağı altına yatacaq.
Avtomobil alıcıları arasında ən çox müzakirə olunan suallardan biri - Ki
Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıst
Xəbər verdiyimiz kimi, fevralın 19-da Ramazan ayının ilk günüdür.
ABŞ Ədliyyə Nazirliyi "Netflix"in qanuni rəqabət prinsiplərini p
Meqastar Tarkan ard-arda verdiyi konsertlərdən sonra ailəsinin yanına gedib.
İran-ABŞ danışıqları regionun dost hökumətlərinin dəstəyi ilə keçir
"The Washington Post" (WP) qəzetinin naşiri və baş direktoru Uill
ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarı may ay�
Gəlinin gizlincə içki içməsi müzakirə yaratdı
