Goranboya yağan güclü yağış maşınların hərəkətində problem yaradıb - FOTO


Sosial 21 Apr 2018 20:22:24 250 0

Goranboya yağan güclü yağış maşınların hərəkətində problem yaradıb - FOTO

Sel suları yollarda hərəkəti iflic edib

Goranboy rayonunda sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.

Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib.