Azərbaycanda sığorta şirkətlərindən biri digərini məhkəməyə verib


Sosial 21 Apr 2018 18:00:00 251 0

Azərbaycanda sığorta şirkətlərindən biri digərini məhkəməyə verib

Məhkəmə iddianı təmin edib

“Azərbaycan Sənaye Sığorta” ASC “Ata Sığorta” ASC-ni məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azərbaycan Sənaye Sığorta” ASC ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan “Ata Sığorta” ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib. Məhkəmə “Azərbaycan Sənaye Sığorta” ASC-nin iddiasını təmin etməyib.