Fişinq saytlarına qarşı DİN əməliyyat keçirdi


Digərləri 03 Fev 2026 17:16:00 70 0

Fişinq saytlarına qarşı DİN əməliyyat keçirdi

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

Son.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar "izi" itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.

Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir? like
  • 03 Fev 17:10  
Digərləri Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir?

Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.

arrow Ətraflı
Azər Zahid "TikTok"a qayıtdı  etirafı ilə diqqət çəkdi like
  • 03 Fev 17:05  
Şou-biznes Azər Zahid "TikTok"a qayıtdı etirafı ilə diqqət çəkdi

Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəb�

arrow Ətraflı
2025ci ildə Azərbaycan Gürcüstana nə qədər neft ixrac edib? like
  • 03 Fev 16:52  
Digərləri 2025ci ildə Azərbaycan Gürcüstana nə qədər neft ixrac edib?

2025-ci ildə Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərind�

arrow Ətraflı
Polkovnik hərbi prokurorun müavini oldu like
  • 03 Fev 16:40  
Digərləri Polkovnik hərbi prokurorun müavini oldu

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

arrow Ətraflı
Bu günə qədər neçə Azərbaycan vətəndaşı Suriya və İraqdan gətirilib? like
  • 03 Fev 16:36  
Digərləri Bu günə qədər neçə Azərbaycan vətəndaşı Suriya və İraqdan gətirilib?

2020-2025-ci illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vət�

arrow Ətraflı
Şəhidlər Xiyabanında nalayiq hərəkət edən 3 əcnəbi apellyasiyaya verildi like
  • 03 Fev 16:26  
Digərləri Şəhidlər Xiyabanında nalayiq hərəkət edən 3 əcnəbi apellyasiyaya verildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial

arrow Ətraflı
Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5də davam etdiriləcək like
  • 03 Fev 16:14  
Kriminal Ermənistan vətəndaşlarının məhkəməsi fevralın 5də davam etdiriləcək

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Simpsonlar"dakı daha bir səhnə reallaşdı  26 il əvvəl gizli mesaj like
  • 03 Fev 16:04  
Şou-biznes "Simpsonlar"dakı daha bir səhnə reallaşdı 26 il əvvəl gizli mesaj

Proqnozları ilə tez-tez gündəmə gələn "Simpsonlar" serialı bu

arrow Ətraflı
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır like
  • 03 Fev 15:57  
Digərləri Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq

arrow Ətraflı
Azərbaycan və BƏƏ prezidentləri ƏbuDabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər like
  • 03 Fev 15:49  
Siyasət Azərbaycan və BƏƏ prezidentləri ƏbuDabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birl

arrow Ətraflı
Bakıda evdə yanğın başladı like
  • 03 Fev 15:41  
Digərləri Bakıda evdə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Fransada X şirkətinin ofisində axtarış aparılır like
  • 03 Fev 15:33  
Dünya Fransada X şirkətinin ofisində axtarış aparılır

Paris prokurorluğu 2025-ci ilin yanvarında platformanın alqoritmlərinin fəa

arrow Ətraflı
Bu üsulla elektrik xərcini 2 qat azaldın like
  • 03 Fev 15:26  
Digərləri Bu üsulla elektrik xərcini 2 qat azaldın

Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü

arrow Ətraflı