“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir Gənclərin nəzərinə
Digərləri 02 Fev 2026 17:00:00 87 0
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. İnnovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib.
Bu xəbəri də oxu: İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı
Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək.
18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16 fevraldır.
Bakcell olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni c
Türk kinosunun unudulmaz adlarından biri olan Necdet Kökeş 82 yaşında vəf
Aparıcı Nigar Fərhad "Sualdan qaçma!" adlı YouTube layihəsində
Azərbaycan Milli İncəsənət Muzeyində Gürcüstan Milli Muzeyinin baş kura
Müğənni Aysun İsmayılovanın doğma atası ilə bağlı üzücü xəbər ya
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləş
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Sazın səsi, s
Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik
Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda geniş müzakirə
Kamera və Orqan Musiqisi Zalında Bakı Dövlət Kamera Orkestrinin müşayiət
Son.az xəbər verir ki, qəzada Bakı Dövlət Universitetinin (BDU) tələbəs
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Bir çox evdar xanım qiyməni tavaya tökən kimi onun dərhal su salmasından
