Ombudsman gənclərə müraciət etdi


Digərləri 02 Fev 2026 16:38:00 48 0

Ombudsman gənclərə müraciət etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2 Fevral - Gəncləri Günü münasibətilə gənclərə müraciət edib.

Bu xəbəri də oxu: Qar yağacaq

Son.az xəbər verir ki, müraciətdə deyilir ki, Azərbaycan gəncliyi hər zaman dövlətin ali diqqət və qayğısı ilə əhatə olunub.

Bildirilib ki, Azərbaycan gəncliyi vətənin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü deyib:

"Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, fədakarlıq və qətiyyət xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Gənclərimiz bu müharibədə üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək dövlətimizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıblar. Siz Azərbaycanın bu günü və sabahısınız. Düşüncəniz, enerjiniz, yaradıcılığınız və təşəbbüskarlığınız cəmiyyətimizin inkişafına yeni nəfəs verir. Gənclərin fəallığı hüquqi dövlətin möhkəmləndirilməsində, ədalətli və güclü vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır".

Səbinə Əliyeva gənclərin hüquq və azadlıqlarını bilmələrinə, onlardan yararlanmaqlarına və digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmasına diqqət çəkib, bütün bunların hər bir gəncin üzərində duran vacib vəzifə olduğunu deyib:

"Hüquqi maarifləndirmə gənclərin risklərə qarşı daha hazırlıqlı olmasına, düzgün qərarlar verməsinə kömək edir və cəmiyyətdə öz mövqelərini inamla ifadə etmələrinə şərait yaradır. Hüquqlarını bilən və hüquqi biliklərə malik gənclər dövlətin və cəmiyyətin inkişafında daha fəal iştirak edirlər. Əminəm ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı və müasir dünyagörüşlü Azərbaycan gəncliyi ölkəmizin gələcəyini daha ədalətli, təhlükəsiz və güclü edəcəkdir".


Xəbərə aid fotolar

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib like
  • 02 Fev 16:26  
Siyasət Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləş

arrow Ətraflı
Generala ərə gedən qız digər generalın bacısı qızıdır like
  • 02 Fev 15:27  
Digərləri Generala ərə gedən qız digər generalın bacısı qızıdır

Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik

arrow Ətraflı
Gəlin qayınanasının hamiləlik xəbəri ilə TƏƏCCÜBLƏNDİRDİ like
  • 02 Fev 14:15  
Digərləri Gəlin qayınanasının hamiləlik xəbəri ilə TƏƏCCÜBLƏNDİRDİ

Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda geniş müzakirə

arrow Ətraflı
Bakı Dövlət Kamera Orkestrinin emosional çalarlarla zəngin konsert proqramı təqdim olundu like
  • 02 Fev 14:06  
Kriminal Bakı Dövlət Kamera Orkestrinin emosional çalarlarla zəngin konsert proqramı təqdim olundu

Kamera və Orqan Musiqisi Zalında Bakı Dövlət Kamera Orkestrinin müşayiət

arrow Ətraflı
Fuad Məmmədov bu rayona prokuror təyin edildi like
  • 02 Fev 13:56  
Digərləri Fuad Məmmədov bu rayona prokuror təyin edildi

Tərtər rayonuna yeni prokuror təyin edilib.

arrow Ətraflı
Qəzada ölən BDU tələbəsi like
  • 02 Fev 13:27  
Digərləri Qəzada ölən BDU tələbəsi

Son.az xəbər verir ki, qəzada Bakı Dövlət Universitetinin (BDU) tələbəs

arrow Ətraflı
Vaşinqtonun neft cilovu: Tramp Kubanı necə boğur like
  • 02 Fev 09:26  
Dünya Vaşinqtonun neft cilovu: Tramp Kubanı necə boğur

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Qiymə su salıb sərtləşmir  Aşpazların sirri üzə çıxdı like
  • 02 Fev 08:08  
Digərləri Qiymə su salıb sərtləşmir Aşpazların sirri üzə çıxdı

Bir çox evdar xanım qiyməni tavaya tökən kimi onun dərhal su salmasından

arrow Ətraflı
"Bunu etsək, sənət məhv olar" like
  • 02 Fev 06:06  
Şou-biznes "Bunu etsək, sənət məhv olar"

"Tamaşaçı alqışı il biz yetişdik, sənətkar olduq. Bir çoxumuzun a

arrow Ətraflı
Dəniz kirpisi axtararkən 417 milyon manatlıq xəzinə tapdı like
  • 02 Fev 05:05  
Dünya Dəniz kirpisi axtararkən 417 milyon manatlıq xəzinə tapdı

Taylandda bir balıqçı dəniz kənarında gəzərkən tapdığı qəribə madd

arrow Ətraflı
Dünyanın ən uzun sualtı tuneli: 2 şəhər 250 km sürətlə birləşəcək like
  • 02 Fev 03:03  
Dünya Dünyanın ən uzun sualtı tuneli: 2 şəhər 250 km sürətlə birləşəcək

Çin 123 kilometr uzunluğunda olacaq və dənizin altından keçən dünyanın

arrow Ətraflı
Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir? like
  • 02 Fev 00:45  
Digərləri Ramazan ayı ərəfəsində şadlıq saraylarında vəziyyət necədir?

Ramazan ayına sayılı günlər qalıb. Bu ay boyunca şadlıq saraylarında to

arrow Ətraflı
“Hər şeyi darmadağın etdilər”  Namiq Qaraçuxurlu like
  • 02 Fev 00:15  
Şou-biznes “Hər şeyi darmadağın etdilər” Namiq Qaraçuxurlu

"Gül kimi xidmət edirdim də... Hər şeyi darmadağın etdilər".

arrow Ətraflı