Bakıda küçədə naməlum kişi meyiti tapılıb


Sosial 15 Apr 2018 23:06:28 255 0

Bakıda küçədə naməlum kişi meyiti tapılıb

Hadisə Səbail rayonundakı parkların birində qeydə alınıb

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil.

Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Araşdırma aparılır.