Millət vəkili Astan Şahverdiyev ürəktutmasından dünyasını dəyişib


Sosial 15 Apr 2018 14:08:36 277 0

Millət vəkili Astan Şahverdiyev ürəktutmasından dünyasını dəyişib

Deputat "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisə deputat seçilən Astan Şahverdiyev dünyasını dəyişib.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun "Report"a verdiyi məlumata görə, 71 yaşlı deputat Qusarda olarkən ürəktutmasından vəfat edib.

Onun sözlərinə görə, millət vəkili bu gün Bakının Yasamal rayonunda yerləşən "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.