Tərtərdə işlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO


Sosial 13 Apr 2018 01:28:00 260 0

Tərtərdə işlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO

O, mənzildən 3 min manat dəyərində qızıl-zinət əşyaları aparıb

Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, Tərtər rayon Hüləbətli kənd sakini Rübabə Cəlilova rayon Polis şöbəsinə müraciət edərək evindən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Bununla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı onun ev sahibinin həmkəndlisi Yusif Əsgərov olduğu məlum olub. Dindirilmə zamanı o, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib.Y.Əsgərov oğurluq hadisəsini evdən fəhlə kimi işlədiyi zaman etdiyini səmimi etiraf edib.

Faktla bağlı Tərtər RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.