Bakıda QHT işçisinin otağından pul, televizor və kompüterlər oğurlanıb


Sosial 12 Apr 2018 10:33:24 291 0

Bakıda QHT işçisinin otağından pul, televizor və kompüterlər oğurlanıb

Faktla bağlı araşdırma aparılır

Bakı şəhəri, Qaradağ rayonunda “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzindən oğurluq olub.

“Report”un xəbərinə görə, mərkəzin direktoru Validə Abbasovanın kabinetindəki seyfdən 3000 manat, otaqdan televizor və kompüterlər oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.