Zərərçəkmiş: "Rüstəm Orucov məni yumruqla vurdu"
Sosial 10 Apr 2018 18:09:30 52 0
General Novruzəli Orucovun oğlunun məhkəməsi davam etdirilib
Bu xəbəri də oxu: Gömrük Komitəsinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sənan Səmədov ifadə verib.
O, hadisə haqqında danışarkən bildirib ki, "Əcəmi dairəsi"ndə təqsirləndirilən R.Orucovla mübahisəsi siqnal vermək üstündə olub: "O, normal şəkildə yanıma gəldi. Niyə siqnal verdiyimi soruşdu. Ona yol nişanını göstərdim. Mənə qarşı nalayiq söz işlətdi. Dedim ki, "maşında ana-bacı var". Nömrəmi istədi, vermədim, maşını arxamca sürüdü. Sonuncu dayanacağa çatanda dispetçer Əsgər Qasımova bu barədə bildirdim. Rüstəm mənə tək yaxınlaşdı. Əsgər müəllim ondan soruşanda "ağsaqqal bir kəlmə söz deyirəm" deyib məni qırağa çəkdi. O, qəflətən məni yumruqla vurdu. Yerə yıxılıb özümdən getdim".
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.
Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.
Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
İranın Gilan vilayətində azyaşlını döyərək öldürən atalığı bu g

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bahar əhvallı həftəson

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyini

ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar Latın Amerika

"Neftçi" klubunun futbolçusu Rəşad Sadiqovun "Report"a m&uu

"Rəqs aləmində məni gözləri götürməyənlər çoxdur. Çünki elə

Daha 24 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək.

Kurçatov İnstitutunun Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri dünyada

O, Suriyadakı vəziyyətlə bağlı Vaşinqtonun atacağı addımlara rəhbərl

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror ə

Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley

Rusiya prezidenti: "Belə silah bu gün dünyanın heç bir ölkəsində yoxdur"

Cəlilabadda sahibsiz it uşağı dişləyib

İlkin Bayramlı bu il Harvard Universitetində bakalavriat səviyyəsində təh

Yol 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir.
