Azərbaycanda iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə mərhələli şəkildə qadağa qoyulacaq


Sosial 10 Apr 2018 15:12:00 361 0

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə mərhələli şəkildə qadağa qoyulacaq

AQTA hökümətə təqdim edilməsi üçün təkliflər paketi hazırlayıb

"İri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycandövlətinin qəbul edəcəyi qərarlar əsasında tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, quruməhalinin təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə respublikanın rayonları və Bakı şəhərinin müxtəlif küçə və meydanlarında, yol kənarları və məhəllədaxili yerlərdə iri və xırdabuynuzlu heyvanların kəsiminə qadağaların tətbiqinə dair Azərbaycan hökümətinə təqdim edilməsi üçün təkliflər paketi hazırlayıb.

"Təkliflərdə standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan təlabatı nəzərə alınmaqla (torpaq sahələrinin icra hakimiyyətilə razılaşması əsasında) sahibkarlar tərəfindən tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur. Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları və qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır" - deyə AQTA-dan əlavə edilib.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi hazırda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsi, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir.