Goranboyda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb


Sosial 10 Apr 2018 13:22:55 245 0

Goranboyda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda ağır yol qəzasıbaş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki,iki avtomobilin toqquşması nəticəsində 2 nəfərölüb, 3 nəfəryaralanıb.

Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.