Xızıda qardaşını öldürən şəxs məhkəmədə ifadə verib: "Onu torpaq üstündə güllələdim"


Sosial 10 Apr 2018 12:35:08 112 0

Xızıda qardaşını öldürən şəxs məhkəmədə ifadə verib: "Onu torpaq üstündə güllələdim"

Məhkəmənin növbəti prosesi aprelin 19-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Şirxan Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ş.Məhərrəmov özünü təqsirli bildiyini deyib, lakin ittihamda qeyd edilən bəzi məqamlarla razılaşmayıb.

O, sərbəst ifadə verən zaman söyləyib ki, 2005-ci ildə üç qardaş 4 hektar torpaq sahəsində təsərrüfatla məşğul olublar: "Daha sonra isə torpaq sahəsini aralarında bölmək istəyiblər. Böyük qardaşları olan Səməd Məhərrəmov buna etiraz edib və torpaq sahəsini heç kimlə bölməyəcəyini deyib. Bundan sonra aramızda mübahisələr yarandı. Kiçik qardaşıma məxsus torpaq sahəsində tikinti apardıq. Getdi məhkəməyə verdi. Sonra mən onun üstünə getmədim. Amma onun hədələri, söz-söhbətləri bitmədi. Həmin gün də torpaq sahəsində olan elektrik xəttini açmaq istəyirdim. Çünki ərazidə iş gedirdi, xətt də qırıla bilərdi. Mənə arxadan yaxınlaşıb təpiklə vurdu. Daha dözə bilmirdim. Bu hərəkətinin səbəbini soruşanda məni təhqir elədi. Mən də gedib silahı gətirdim".

Ş.Məhərrəmov qardaşını öldürmək qərarına gəlməsinin səbəbini belə izab edib: "Ona dedim ki, "məni bezdirmisən, səni öldürəcəm". Qardaşım "səndə o ürək hardandır?" dedi. Buna görə də onu vurdum. Mən əsəblərimi cilovlaya bilmədim".

Məhkəmədə elan edilib ki, qardaşlar arasında torpaq sahəsi üstündə məhkəmə davası da olub. Həmin məhkəmələrin qərarına əsasən, torpaq sahəsi mərhuma məxsus olub.

Məhkəmənin növbəti prosesi aprelin 19-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da Xızı rayonunda baş verib. Rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Şirxan Həsən oğlu Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

İlkin məlumata görə, iki qardaş arasında uzun müddətmiş torpaq sahəsi üstündə münaqişə varmış. Oktyabrın 29-daonlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutulub.

Sabahın proqnozu: Yağmursuz hava hökm sürəcək like
  • 10 Apr 12:35  
Digərləri Sabahın proqnozu: Yağmursuz hava hökm sürəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi... like
  • 10 Apr 12:35  
Digərləri Məşhur biznesmen Ceyhun Cəfərovu güllələyən killerlər necə ələ keçdi...

Detektiv seriallara bənzəyən, onlardan geri qalmayan real kriminal hadisələ

arrow Ətraflı
Sabah Azərbaycanda 23  dərəcə isti olacaq like
  • 10 Apr 12:34  
Sosial Sabah Azərbaycanda 23 dərəcə isti olacaq

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

arrow Ətraflı
Rusiyada dolların məzənnəsi 64 rubla yaxınlaşıb - ƏLAVƏ OLUNUB like
  • 10 Apr 12:33  
İqtisadiyyat Rusiyada dolların məzənnəsi 64 rubla yaxınlaşıb - ƏLAVƏ OLUNUB

Bu, qonşu ölkədə Amerika valyutasının qiymətinin 2016-ci ilin dekabr ayı

arrow Ətraflı
"Rusiya mühüm rol oynayır" like
  • 10 Apr 12:31  
Siyasət "Rusiya mühüm rol oynayır"

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ m

arrow Ətraflı
DİN Nardaranda əməliyyat keçirdi - Xeyli sayda silah-sursat aşkar edilib (FOTO) like
  • 10 Apr 12:29  
Digərləri DİN Nardaranda əməliyyat keçirdi - Xeyli sayda silah-sursat aşkar edilib (FOTO)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz

arrow Ətraflı
Şamaxıda qoyun oğruları tutuldu like
  • 10 Apr 12:22  
Digərləri Şamaxıda qoyun oğruları tutuldu

Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəs

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı like
  • 10 Apr 12:21  
Digərləri Azərbaycan əhalisinin sayı

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1 faiz

arrow Ətraflı
"Qarabağ"ın futbolçusu boşanır like
  • 10 Apr 12:21  
İdman "Qarabağ"ın futbolçusu boşanır

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak həyat yold

arrow Ətraflı
11 km uzunluğunda avtomobil yolu yenidən qurulur  VİDEO  FOTO like
  • 10 Apr 12:20  
Digərləri 11 km uzunluğunda avtomobil yolu yenidən qurulur VİDEO FOTO

Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulm

arrow Ətraflı
Nərimanovda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb like
  • 10 Apr 12:16  
Digərləri Nərimanovda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının

arrow Ətraflı