Borclu qismində axtarışda olan 16 nəfər saxlanılıb


Sosial 09 Apr 2018 09:22:06 256 0

Borclu qismində axtarışda olan 16 nəfər saxlanılıb

Cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb

Aprelin 7-dən 9-dək Azərbaycanın daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 173 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılib. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 22 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.