Neftçalada sərxoş sürücü avtomobili ağaca çırpıb


Sosial 07 Apr 2018 21:53:25 313 0

Neftçalada sərxoş sürücü avtomobili ağaca çırpıb

O, qəza nəticəsində xəsarət alıb

Neftçala rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, axşam saatlarında rayonun Xolqaraqaşlı kəndində 1960-cı il təvəllüdlü yerli sakin Mənəfov Əli Gülağa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Jiquli” markalı avtomobil ilə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.