Xırdalanda gənc oğlan dava zamanı bıçaqlanıb


Sosial 06 Apr 2018 06:32:10 281 0

Xırdalanda gənc oğlan dava zamanı bıçaqlanıb

Hadisəni törədən şəxsin axtarışına başlanıb

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1991-ci il təvəllüdlü Kərimli Dəyanət Qardaşxan oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib.

Dava zamanı o, bədəninin müxtəlif nahiyələrindən bıçaqlanıb. Yaralı yaxınlıqdakıların köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.