Mingəçevirdə iki minik avtomobili toqquşub - FOTO


Sosial 06 Apr 2018 01:59:23 262 0

Mingəçevirdə iki minik avtomobili toqquşub - FOTO

Maşınlar ciddi deformasiyaya uğrayıb, yüngül xəsarət alanlar var

Axşam saatlarında Mingəçevir şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçələrinin kəsişməsində, “Opel” və "Jeep" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində maşınlar ciddi deformasiyaya uğrasa da, avtomobildə olanlar yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.