Əməkdar müəllim Mirhaşım Talışlı vəfat edib - FOTO


Sosial 05 Apr 2018 22:47:56 287 0

Əməkdar müəllim Mirhaşım Talışlı vəfat edib - FOTO

O, filologiya elmləri namizədi və Lənkəran Dövlət Universitetinin dosenti idi

Lənkəran şəhərində Əməkdar müəllim Mirhaşım Talışlı vəfat edib.

"Report" xəbər verir ki, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün axşam saatlarında dünyasını dəyişib.

Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda anadan olub. Mirhaşım Talışlı 16 yaşından "Müsafir" imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisidir, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı, "125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talişinski onun ulu babası olub.

Allah rəhmət eləsin!