Azərbaycanın daha 6 rayonunda 15 modul tipli məktəb quraşdırılacaq


Sosial 05 Apr 2018 18:14:37 241 0

Azərbaycanın daha 6 rayonunda 15 modul tipli məktəb quraşdırılacaq

Təhsil Nazirliyinə 4 461 000 manat ayrılıb

Prezident İlham Əliyev aprelin 5-dəAğstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamlaAğstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.