Bakıda 49 yaşlı iranlı tələbəni avtomobil vurub


Sosial 05 Apr 2018 10:54:00 251 0

Bakıda 49 yaşlı iranlı tələbəni avtomobil vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Bakıda İran vətəndaşı avtomobillə vurulub.

“Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində qeydə alınıb.

Tofiq Əsədovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən İran vərəndaşı, 1969-cu il təvəllüdlü Hossein Nejadı vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan 49 yaşlı piyada Bakı Slavyan Universitetinin tələbəsidir.