Paytaxtda bıçaqlanma hadisəsi baş verib


Sosial 05 Apr 2018 06:32:07 244 0

Paytaxtda bıçaqlanma hadisəsi baş verib

Hadisə "UPD" kimi tanınan yaşayış massivində qeydə alınıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Qasımov Elşad Mirkərim oğlu "UPD" kimi tanınan yaşayış massivindəki "Rövşən" marketin önündə tanışı ilə əlbəyaxa dava edib.

Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.