Bakıda marketə getmək üçün evdən çıxan kişi binanın girişində bıçaqlanıb


Sosial 05 Apr 2018 05:15:55 251 0

Bakıda marketə getmək üçün evdən çıxan kişi binanın girişində bıçaqlanıb

Hadisə Günəşli qəsəbəsinin D massivində baş verib

Bakının Suraxanı rayonunda bıçaqanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1977-ci il təvəllüdlü Vəliyev Cəlal Vahid oğlu Günəşli qəsəbəsinin D massivində marketə getmək üçün evdən çıxıb.

Lakin o, binanın girişində tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə C.Vəliyevə 3 bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.