AMEA-nın Bayıl sürüşmə zonasında quraşdırdığı aparat oğurlanıb


Sosial 04 Apr 2018 15:50:23 249 0

AMEA-nın Bayıl sürüşmə zonasında quraşdırdığı aparat oğurlanıb

Ərazidə aparılan buruq-qazma işləri yarımçıq dayandırılıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl sürüşmə zonasında quraşdırdığı aparatlardan biri oğurlanıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəz polisə şikayət edib.

Bu səbəbdən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı buruq-qazma işləri yarımçıq dayandırılıb.