Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Digərləri 27 Yan 2026 16:45:00 72 0
İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı - "Porsche Cayenne" avtomobilinin qalibi Urfan Buksayev olub. "Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən, onlara əlavə dəyər yaradan təşəbbüslərə xüsusi önəm veririk. Bu lotereya çərçivəsində yüzlərlə qalibə sevinc dolu anlar yaşatdıq. Böyük məmnuniyyət hissi ilə meqa lotereyamızın əsas hədiyyəsi - 'Porsche Cayenne' avtomobilinin qalibini elan edirik və bütün qalibləri səmimi-qəlbdən təbrik edirik!", -deyə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova bildirib. Qeyd edək ki, lotereya çərçivəsində sonuncu "Zeekr 001" avtomobilinin də qalibi müəyyənləşib. Samir Əskərov bu unudulmaz anın sevincini yaşayaraq lüks avtomobilinin açarlarını təhvil alıb. Xüsusilə vurğulamaq istərdik ki, Bakcell lotereyası Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereya olub. Abunəçilər "Şans" paketi və Bakcell xidmətlərindən aktiv istifadə vasitəsilə möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə ediblər. Lotereya müddətində süni intellektin seçimi ilə ümumilikdə 92 "iPhone 17", 13 "Zeekr 001" avtomobili və 1 "Porsche Cayenne" sahiblərinə təqdim edilib.
Bu xəbəri də oxu: Həmin qəzada ölən 28 yaşlı Mətinin
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Qlobal kriptovalyuta bazarında son sutkada artım müşahidə edilib.
Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə s
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)
Müğənni Kəmalə Günəşli aylıq xərcləri ilə bağlı diqqətçəkən a�
2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq. Son.az xəbər ver
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sabiq təhsil naziri Misir Mərd
Bu gün Azərbaycanın İrandakı səfirliyində törədilən terror hücumundan
Aparıcı Künül Muxtarova həmkarları ilə bağlı qalmaqallı açıqlama ver
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barə
Bakı metropoliteninin "28 May" stansiyasında pik saatlarda sərnişi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova a
2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtaha
Ziraat Bank Azərbaycan müştərilərinə premium üstünlüklər və daha raha
Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım gönd
Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunu intellektua
