"O xanım ailə məclisinə gələcək aparıcı deyil"
Şou-biznes 27 Yan 2026 15:57:00 66 0
Aparıcı Künül Muxtarova həmkarları ilə bağlı qalmaqallı açıqlama verib.
Bu xəbəri də oxu: 15 yaşında evləndirilən Pekkandan səmimi etiraf
Son.az xəbər verir ki, tele-aparıcı bəzi aparıcıların fəaliyyət tərzini sərt şəkildə tənqid edərək, onlarla eyni səhnəni paylaşmağı özünə hörmətsizlik hesab etdiyini bildirib. Muxtarova deyib ki, kifayət qədər tanınmış olsa da, bəzi aparıcılar var ki, onlar ailə məclislərinə uyğun deyil:
"Elə xanım aparıcılar var ki, onlarla bir səhnədə olmaqdan utanaram. Kifayət qədər də tanınıblar, amma o xanım ailə məclisinə gələcək aparıcı deyil. Onunla bir səhnədə olsam, bu, özümə hörmətsizlik olar."
Aparıcı vurğulayıb ki, aparıcının əsas yeri səhnədir və qonaqların arasında dolaşmaq, diqqət çəkməyə çalışmaq düzgün yanaşma deyil:
"Aparıcının yeri səhnədir. Bəziləri isə qonaqların arasında olur, məclis yiyəsinin Moskvadan gələn dostunu görüb mikrofonla adını çəkir, masasının yanında həm aparıcılıq, həm də müğənnilik edir. Bu cür reklamla 3-5 manat qazanmaq mənlik deyil. Mən hörmət etdiyim birini görsəm, yaxınlaşıb mikrofonsuz salamlaşıram. Kişi məclislərində isə problem olmasa da, sıxılaram, özümü narahat hiss edərəm".
Açıqlamasının sonunda isə aparıcı sərt ifadələrlə diqqət çəkib:
"İndi 'ev yıxan' aparıcılar həddindən artıq çoxdur. Onlarla bir səhnədə olmaqdan utanıram".
Könül Muxtarovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilər arasında müxtəlif rəylər yazılıb.
Musa Son.az
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barə
Bakı metropoliteninin "28 May" stansiyasında pik saatlarda sərnişi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova a
2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtaha
Ziraat Bank Azərbaycan müştərilərinə premium üstünlüklər və daha raha
Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım gönd
Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunu intellektua
Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda qeydə alınan Nipah virusu ilə
Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva
Rusiya operatorları FSB-nin tələbi ilə interneti dayandırmaqla məcbur edil
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı qayd
Xalq artisti Gülyanaq Məmmədovanın oğlu Uğur ad günündə Xalq artisti A
Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halva məhsullar
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımı
