Taksi və beynəlxalq yük daşımaları üzrə sürücülər üçün imtahanın TARİXİ AÇIQLANDI


Digərləri 27 Yan 2026 17:47:00 90 0

Taksi və beynəlxalq yük daşımaları üzrə sürücülər üçün imtahanın TARİXİ AÇIQLANDI

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili və beynəlxalq yük daşımaları üzrə sürücülərin müvafiq hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə növbəti imtahan təşkil olunacaq.

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

- Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat (16 fevral saat 18:00-dək aparılacaq);

https://exidmet.dim.gov.az/elimt/SurucuTest

- Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat (16 fevral saat 18:00-dək aparılacaq);

https://exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest

"Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. Proses zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar, onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

Asya Son.az 

Nazir direktoru işdən çıxardı  Yeni TƏYİNAT like
  • 27 Yan 17:41  
Digərləri Nazir direktoru işdən çıxardı Yeni TƏYİNAT

Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsir

arrow Ətraflı
Merə qarşı üçüncü suiqəsdə cəhdi: Bu dəfə raket atdılar like
  • 27 Yan 17:36  
Dünya Merə qarşı üçüncü suiqəsdə cəhdi: Bu dəfə raket atdılar

Filippinin Maquindanao del Sur əyalətində Şərif Aquak meri Akmad Mitra Ampa

arrow Ətraflı
İlk dəfə olaraq “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək like
  • 27 Yan 17:30  
Kriminal İlk dəfə olaraq “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək

31 yanvar saat 15:00-da Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Kon

arrow Ətraflı
Tolikə görə efirdə göz yaşı tökdü like
  • 27 Yan 17:26  
Şou-biznes Tolikə görə efirdə göz yaşı tökdü

Şair Nazilə Səfərli canlı efirdə kövrək anlar yaşayıb.

arrow Ətraflı
Nazir müavini təyin olunan Seymur Səfərli Vətən Müharibəsi Qəhrəmanının qardaşıdır – like
  • 27 Yan 17:25  
Digərləri Nazir müavini təyin olunan Seymur Səfərli Vətən Müharibəsi Qəhrəmanının qardaşıdır –

Xəbər verdiyimiz kimi, Seymur Səfərli Kənd təsərrüfatı naziri Məcnun M

arrow Ətraflı
Bu tarixdə qar yağacaq like
  • 27 Yan 17:18  
Digərləri Bu tarixdə qar yağacaq

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29

arrow Ətraflı
Azər Nəsirov vəzifəsindən azad edildi like
  • 27 Yan 17:13  
Digərləri Azər Nəsirov vəzifəsindən azad edildi

Səhiyyə nazirinin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkə

arrow Ətraflı
70 yaşlı Əməkdar artist 17 smlik dikdabanı ilə DİQQƏT ÇƏKDİ like
  • 27 Yan 17:11  
Şou-biznes 70 yaşlı Əməkdar artist 17 smlik dikdabanı ilə DİQQƏT ÇƏKDİ

Əməkdar artist Ruhəngiz Allahverdiyeva bu dəfə fərqli seçimi ilə diqqət

arrow Ətraflı
Bu məlumatı verənə 1 milyon veriləcək like
  • 27 Yan 17:08  
Dünya Bu məlumatı verənə 1 milyon veriləcək

Almaniyanın paytaxtı Berlində təxminən 100 min sakini günlərlə elektriks

arrow Ətraflı
Tatlısesin Moskva konsertində qəribə HADİSƏ like
  • 27 Yan 16:57  
Şou-biznes Tatlısesin Moskva konsertində qəribə HADİSƏ

Məşhur müğənni İbrahim Tatlısesin Rusiyada keçirilən konserti gözləni

arrow Ətraflı
Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunacaq like
  • 27 Yan 16:56  
Kriminal Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunacaq

4 fevral 2026-cı il Azərbaycan musiqi və hərbi orkestr xidməti və musiqi s

arrow Ətraflı
Netanyahu telefonunu niyə lentləyir? like
  • 27 Yan 16:46  
Dünya Netanyahu telefonunu niyə lentləyir?

İsrail Baş naziri Benyamin Netanyahu telefonunun kamerasını lentlə bağlay�

arrow Ətraflı
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! like
  • 27 Yan 16:45  
Digərləri Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaş

arrow Ətraflı
"Bitcoin" yenidən bahalaşdı like
  • 27 Yan 16:33  
Digərləri "Bitcoin" yenidən bahalaşdı

Qlobal kriptovalyuta bazarında son sutkada artım müşahidə edilib.

arrow Ətraflı