Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vurulub


Sosial 04 Apr 2018 08:07:45 232 0

Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vurulub

Hadisə Binəqədi rayonunda baş verib

Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vurulub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

1983-cü il təvəllüdlü Hacıyev Zamin Zabir oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, bədəninin bir neçə nayihəsindən 3 bıçaq xəsarəti alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.