Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alan var


Sosial 04 Apr 2018 07:44:48 243 0

Qazaxda minik avtomobili avtobusla toqquşub, ölən və xəsarət alan var

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb

Qazaxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin Ziya adlısürücüsü hadisə yerindəölüb. Qəza zamanıdaha bir nəfər, "Mercedes" markalı avtobusun sərnişini,59 yaşlı Allazova Aybəniz Mahmud qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.