Gəncədə özünü yandıran 18 yaşlı oğlan xəstəxanada ölüb


Sosial 03 Apr 2018 01:00:01 238 0

Gəncədə özünü yandıran 18 yaşlı oğlan xəstəxanada ölüb

İntihar hadisəsi 5 gün əvvəl baş verib

Gəncə şəhərində özünü yandıraraq intihara cəhd edən yerli sakin xəstəxanada keçinib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə martın 29-u gecə saatlarında baş verib.

2000-ci il təvəllüdlü Gəncə şəhər sakini Süleymani Əli Fərhad oğlu özünü küçədə yandıraraq son dərəcədə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində həkimlərin göstərdikləri səylərə baxmayaraq, o, aprelin 3-ü dünyasını dəyişib.

Gəncin hansı səbəbdən intihar etməsi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.