Bakıda 408 min dollarlıq dələduzluq edilib


Sosial 02 Apr 2018 15:53:49 236 0

Bakıda 408 min dollarlıq dələduzluq edilib

Faktla bağlı araşdırma aparılır

Göyçay rayon sakini Aliyə Aslanova və Bakı şəhər sakini Rauf Dadaşov hüquq-mühafizə orqanlarına şikayət edərək Ramiz adlı şəxsin 2016-cı ildə onların 408 min ABŞ dolları məbləğində pullarını dələduzluq yolu ilə aldığını bildirib.

“Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.