Bakıda yaşlı kişi evində ölü vəziyyətdə tapılıb


Sosial 01 Apr 2018 03:28:06 254 0

Bakıda yaşlı kişi evində ölü vəziyyətdə tapılıb

Hadisə Nəsimi rayonunda qeydə alınıb

Bakının Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Bünyadov İlqar Nurəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.