Qəbələdə orta yaşlı kişini ilan sançıb


Sosial 01 Apr 2018 00:30:16 273 0

Qəbələdə orta yaşlı kişini ilan sançıb

Hadisə şəhərin Quşlar kəndində baş verib

Qəbələ rayonunda ilansancma hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin Quşlar kəndində 1985-ci il təvəllüdlü yerli sakin Zülfüqar Lətifovu həyətyanı sahədə ilan sançıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.