Gəncədə 24 yaşlı gənc bıçaqlanıb


Sosial 29 Mar 2018 22:47:51 231 0

Gəncədə 24 yaşlı gənc bıçaqlanıb

Yaralı xəstəxanaya yerləşdirilib

Gəncədə yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 24 yaşlı Əkbərov Muzamil İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Qarın nahiyəsindən bıçaqlanan şəxsin hansı şəraitdə və kim tərəfindən xəsarət aldığıhələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.