Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB


Sosial 29 Mar 2018 22:34:00 269 0

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Əbdülxəlidov Səməd Ziyadxan oğlunun idarə etdiyi avtomobil tərəfindən vurulan piyadanın tüfeyli həyat sürdüyü bildirilir.

Hadisə zamanı piyada sərxoş olub və qəflətən yola çıxb. Bu zaman avtomobilin sürücüsüsü idarəetməni itirərək onu vurub. Yaralı piyada sürücü tərəfindən xəstəxanaya aparılsa da,aldığı ağır xəsarətlərdən yolda keçinib.

Piyadanın kimliyi araşdırılır.

***21:37

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki,kimliyi hələlik bilinməyən piyda avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda ölüb. Ölən piyadanın orta yaşlı kişi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.