Nazirlik: Hazırda Bakıda tozun miqdarı sanitar normadan 32 faiz yuxarıdır - YENİLƏNİB


Sosial 29 Mar 2018 15:21:00 304 0

Nazirlik: Hazırda Bakıda tozun miqdarı sanitar normadan 32 faiz yuxarıdır - YENİLƏNİB

Bu gün saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.

*** saat12:18

Bakı. 29 mart.