Sumqayıtda iki yol-nəqliyyat hadisəsi baş verib, iki azyaşlı ağır yaralanıb


Sosial 29 Mar 2018 08:28:22 312 0

Sumqayıtda iki yol-nəqliyyat hadisəsi baş verib, iki azyaşlı ağır yaralanıb

Hadisələr mərkəzi küçələrdən birində qeydə alınıb

Ötən gün axşam Sumqayıt şəhərində eyni vaxta iki yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, mərkəzi küçələrdən birində qeydə alınan qəza zamanı şəhər sakinləri - 2011-ci təvəllüdlü Fuad Sadiq oğlu Əliyev və 2014-cü il təvəllüdlü Sənan Teymur oğlu Əhmədli ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəyə yüksək sürət və sürücü məsuliyyətsizliyinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.