Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub


Sosial 28 Mar 2018 15:37:00 230 0

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub

O, Azərbaycana ekstradisiya ediləcək

Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.

“Report”un xəbərinə görə, “İnterpol” xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb.

O, Azərbaycana ekstradisiya ediləcək.

Ə.Qurbanov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. O,Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilib.