Mingəcevirdə bir qrup şəxs məktəblidən pul tələb edərək onu döyüblər


Sosial 26 Mar 2018 20:49:43 291 0

Mingəcevirdə bir qrup şəxs məktəblidən pul tələb edərək onu döyüblər

Yaralı xəstəxanaya çatdırılıb

Mingəçevirdə 17 yaşlı şagird döyülərək ağır xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, 2001-ci il təvəllüdlü məktəbli Salmanov Rövşən Ruslan oğlu hazırlıq kursundan evə dönərkən bir qrup naməlum şəxs onun qarşısını kəsib. Onlar R. Salmanovdan pul tələb ediblər. Daha sonra isə gənci döyərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.