Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var


Sosial 25 Mar 2018 00:36:47 253 0

Bakıda iki silahlı qrup arasında atışma olub, ölən var

Hadisə zamanı 1 nəfər öldürülüb

Bakıda iki silahlı qrup arasında atışma olub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, ötən gün saat 22 radələrində qeydə alınıb.

Belə ki, iki qrup arasında "Makarov" tipli tapançayla silahlı qarşıdurma yaranıb. Nəticədə şəxsiyyəti hələ müəyyənləşdirilməyən 35-40 yaşlı kişi bir neçə güllə yarası alıb. O, aldığı xəsarətlərdənhadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlayıb. Hadisə yerinə prokurorluq orqanının əməkdaşları cəlb edilib.