Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb


Sosial 23 Mar 2018 03:37:45 292 0

Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb

Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə olarkən,1969-cu il təvəllüdlü Dadaşov Aydın İbrahim oğlu qardaşı ilə mübahisə edib. Nəticədə qardaşı onu döyüb.

Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.