Gəncədə qadın mənzilində boğazı kəsilmiş vəziyyətdə tapılıb


Sosial 20 Mar 2018 22:44:20 352 0

Gəncədə qadın mənzilində boğazı kəsilmiş vəziyyətdə tapılıb

Onun intihar etdiyi ehtimal olunur

Gəncə şəhərində evdə boğazı kəsilmiş qadın meyiti aşkar edilib.

"Report"un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, Nizami küçəsindəki evlərdən birinin vanna otağında tapılan 1960-cı il təvəllüdlü Həsənova Firdus Rafiq qızı intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.