Tovuzda avtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2


Sosial 20 Mar 2018 16:31:00 298 0

Tovuzda avtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların adları məlum olub - YENİLƏNİB-2

Faktla bağlı araşdırma aparılır

Tovuz rayonunda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların adları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri - 1984-cü il təvəllüdlü Akşin Nürəddin oğlu Məmmədov, 1961-ci il təvəllüdlü Qüdrət Həsən oğlu Nağıyev və 1980-ci təvəllüdlü Seymur Fəqəddin oğlu Qəribovdur. 

*** 15:32

Tovuz rayonunda yaralını xəstəxanaya aparan təcili tibbi yardım maşını qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım maşını başqa bir maşınla toqquşub. 

Xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Məlumata görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı üç nəfərə çatıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər və vəziyətlərinin orta-ağır olduğu bildirlir. Hər üç yaralı minik avtomobilində olublar. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Qəzaya düşən təcili yardım maşınının sürücüsü Məhəmməd Musayev, həkim Rəfiqə Ələkbərova və feldşerlər - Şamama Museyibova və Könül Əsgərovanın isə ciddi xəsarət almadıqları bildirilir. 

*** 15:07

Tovuz. 20 mart.