Bolqarıstan vətəndaşları Göygöldə yol qəzasına düşüblər, iki nəfər ölüb


Sosial 20 Mar 2018 04:52:03 242 0

Bolqarıstan vətəndaşları Göygöldə yol qəzasına düşüblər, iki nəfər ölüb

Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib

Bakı-Qazax yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, rayonun Hacıməlik kəndində Bolqarıstan dövlət qeydiyyat nişanlı avtomobil yolun dəmir maneəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nəticədə sürücü və sərnişin ağır xəsarət alaraq keçinib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Hər iki şəxsin Bolqarıstan vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.