Bakıda iki nəfəri avtomobil vurub, sürücü hadisə yerindən yayınıb


Sosial 19 Mar 2018 05:58:08 246 0

Bakıda iki nəfəri avtomobil vurub, sürücü hadisə yerindən yayınıb

Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə gecə saatlarında Nizami rayonunda qeydə alınıb.

8-ci kilometr qəsəbəsi bazarının qarşısından yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Qəhrəmanov Ramin Aydın oğlunu naməlum markalı avtomobil vurub. Yaralının verdiyi məlumta görə, sürücü hadisə yerindən qaçıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bir nəfərin xəsarət alması ilə nəticələnən digər yol qəzası da Nizami rayonunda baş verib. "Ağ saray" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Zeynalabdin Saleh Elçin oğlunu naməlum markalı avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Yaralı valideynlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.