Mirşahin Vahid Mustafayevə cavab verdi – Keçmiş ANSçilərin mübahisəsi qızışır


Digərləri 22 Yan 2026 12:03:00 79 0

Mirşahin Vahid Mustafayevə cavab verdi – Keçmiş ANSçilərin mübahisəsi qızışır

"O vaxt ANS-də nə mənim, nə sənin, nə də onun ayrıca bir rolu vardı. Orada hər üçümüzün - Vahid, Seyfulla, Mirşahin rolu eyni idi. Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət etməsi üçün çalışan insanlar idik. Konkret bölgü yox idi. Elə məqamlar olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə məqamlar olurdu ki, Seyfulla idarə edirdi, başqa vaxtlarda isə Vahid edirdi".

Son.az xəbər verir ki, bu sözləri "Real" Təhlil-İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev deyib.

"AStar" yutub layihəsinin qonağı olan Əməkdar jurnalist illər sonra ANS-lə bağlı danışıb:

"Bəzən iş elə gətirirdi ki, mən xəbərlə daha çox məşğul olurdum, amma bu o demək deyildi ki, yalnız xəbərlər mənim sahəm idi. Bir müddət baş prodüser də olmuşam. Prodüser departamenti fəaliyyət göstərən dövrdə bir çox layihələr məhz bizim zamanımızda həyata keçirildi. Ona görə də deməzdim ki, bu konkret olaraq kiminsə sahəsi idi, kiminsə deyildi. Biz ümumilikdə ANS-in rəhbərliyini daşıyır və Azərbaycan xalqına ANS xidməti göstərirdik".

O, ANS haqqında çox danışmaq istəmədiyini bildirib:

"ANS haqqında çox danışmaq istəmirəm, xüsusilə də indi. Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və orada çalışan insanların ANS barədə danışmağa haqqı daha çoxdur. Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Mən ANS-də çalışmamışam, mən ANS çalışmışam, mən ANS-də işləməmişəm, mən ANS işləmişəm, mən ANS-də olmamışam, mən ANS olmuşam". Bakupost.az M.Ağayev söyləyib ki, ANS Azərbaycanın informasiya tarixində xüsusi rolu olan bir qurumdur:

"ANS Azərbaycanın ilk özəl teleradio şirkətidir və ölkənin müstəqillik tarixində çox böyük işlər görüb. Bu mənim üçün artıq keçmişdir. Keçmişim haqqında danışmaq istəmirəm ki, özümü tərifləyən kimi çıxmasın. Hər bir həmkarımın ANS-lə bağlı öz baxışı var və bu da normaldır.

Bu gün mən daha qlobal mövzular haqqında düşünürəm. Məsələn, dünyada su müharibələrinin başlama ehtimalı məni ciddi narahat edir. Çox yaxın zamanda bəşəriyyət su qıtlığı ilə üzləşə bilər. Necə ki, bu gün enerji uğrunda mübarizə gedir, gələcəkdə su uğrunda mübarizə başlaya bilər. Artıq bəzi ölkələrdə, o cümlədən, Tehranın paytaxt statusunun dəyişdirilməsi, İstanbulun su problemi, kəndlərdə bulaqların quruması kimi məsələlər gündəmdədir. Bu baxımdan mən ANS mövzusu ətrafında dolaşmaq istəmirəm".

M.Ağayev vaxtilə ANS-də işləmiş, indi isə "Real" TV-də çalışan əməkdaşların keçmiş həmkarları, xüsusən də Vahid Mustafayevin yanında qalanlarla ünsiyyət saxlamasına qadağa qoyulması barədə suala belə cavab verib:

"Mən "Real"ın əməkdaşlarına heç bir qadağa qoymamışam. Əgər mən ünsiyyət saxlamıramsa, bu, mənim seçimimdir. Əgər onlar ünsiyyət saxlamırlarsa, bu da onların seçimidir. Elə adamlar var ki, ünsiyyət saxlayırlar? Bəzən mənimlə də ünsiyyətdə olurlar".

Bu yerdə aparıcı Ülvira Qarayeva repilka verib: "İnan ki, yox...".

M.Ağayev:

- Yox, elə bir şey yoxdur. Natavan xanımın yasında uşaqlarımızın çoxu iştirak edib. Mais müəllim də rəhmətə gedəndə getmişdilər.

Mən isə sadəcə getmirəm. Bu, mənim şəxsi seçimimdir. Onlar da gəlmirlərsə, bu, onların seçimidir. Mən ümumiyyətlə, ANS mövzusu ətrafında danışmamağa çalışıram. Çünki az əvvəl də dediyim kimi, ANS mənim üçün artıq nə deməkdir, onu açıq şəkildə bildirmişəm.

Qeyd edək ki, V.Mustafayev bir müddət əvvəl Mirşahin Ağayevin ANS-dəki fəaliyyəti ilə bağlı demişdi:

"Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mirşahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə Azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da "Azərbaycan" qəzetinin baş redaktoru idi".

"ChatGPT" sizdən şəxsiyyət vəsiqəsi tələb edə bilər like
  • 22 Yan 12:00  
Digərləri "ChatGPT" sizdən şəxsiyyət vəsiqəsi tələb edə bilər

"OpenAI" "ChatGPT"də yetkinlik yaşına çatmayan istifadə

arrow Ətraflı
Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi like
  • 22 Yan 11:58  
Digərləri Kəmalə Ağazadə xəstəxanaya yerləşdirildi

Səhhətində yaranmış problem ilə əlaqədar "Azərbaycan Uşaqları&qu

arrow Ətraflı
Bakıda motosikletçinin öldüyü dəhşətli qəzanın HADİSƏ ANI like
  • 22 Yan 11:52  
Digərləri Bakıda motosikletçinin öldüyü dəhşətli qəzanın HADİSƏ ANI

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda baş verən ölümlə

arrow Ətraflı
Hilton ilk dəfə ailəsi ilə qırmızı xalıda like
  • 22 Yan 11:52  
Şou-biznes Hilton ilk dəfə ailəsi ilə qırmızı xalıda

"Hilton" hotellər şəbəkəsinin varisi, müğənni və model Peris

arrow Ətraflı
Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə o təyin olundu like
  • 22 Yan 11:47  
Digərləri Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə o təyin olundu

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor t

arrow Ətraflı
Bakıda qadının öldüyü hadisənin anbaan görüntüləri like
  • 22 Yan 11:43  
Digərləri Bakıda qadının öldüyü hadisənin anbaan görüntüləri

Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində y

arrow Ətraflı
Məşhur modelyerin ölümü sonrası 2 milyardlıq miras davası like
  • 22 Yan 11:41  
Dünya Məşhur modelyerin ölümü sonrası 2 milyardlıq miras davası

Yanvarın 19-da vəfat edən məşhur italiyalı modelyer Valentino Qaravaninin

arrow Ətraflı
"Fənərbağça" "Aston Villa"ya qarşı like
  • 22 Yan 11:30  
Digərləri "Fənərbağça" "Aston Villa"ya qarşı

Bu axşam UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda növbəti mat

arrow Ətraflı
Azərbaycanda türk qızılı kəskin BAHALAŞDI like
  • 22 Yan 10:58  
Digərləri Azərbaycanda türk qızılı kəskin BAHALAŞDI

Son günlər qızılın qiymətinin kəskin bahalaşacağı bildirilir.

arrow Ətraflı
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb like
  • 22 Yan 10:56  
Digərləri Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb

Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlan�

arrow Ətraflı
Həmin nömrənin son 5 rəqəmi əslində kod imiş  İnsanları belə aldadırlar like
  • 22 Yan 10:50  
Digərləri Həmin nömrənin son 5 rəqəmi əslində kod imiş İnsanları belə aldadırlar

Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu m

arrow Ətraflı
Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi  ölən var like
  • 22 Yan 10:26  
Digərləri Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi ölən var

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

arrow Ətraflı
Azərbaycanda daimi yaşama icazəsi istəyən şəxslərin sayı açıqlandı  SİYAHI like
  • 22 Yan 10:24  
Digərləri Azərbaycanda daimi yaşama icazəsi istəyən şəxslərin sayı açıqlandı SİYAHI

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci il �

arrow Ətraflı