Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb
Digərləri 22 Yan 2026 10:56:03 76 0
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb.
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral - 5 mart tarixlərində aparılacaq.
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.
"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin "
Son günlər "Telegram" hesablarını ələ keçirməyin yeni üsulu m
Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci il �
Xalq artisti Məleykə Əsədovanın illər əvvəl lentə alınmış görüntü
Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla
Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum edilmiş sabiq əmək və
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikas�
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Siyasi rejimlər dağılanda bu, demək olar ki, heç vaxt kənardan endirilən
Əmtəə bazarlarında qızıl üzrə fyuçers qiymətlərində geriləmə qeyd�
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Əməkdar artist Fərqanə Qasımovanın dördüncü övladı Həlimənin fotosu
Arıqlamaq istəyi bir çox insan üçün sağlamlıq məqsədi daşısa da, bə
